- Offside
- 05:16 15.06.2025
“Santos”un hücumçusu Neymar Braziliya çempionatının 11-ci turu çərçivəsində keçirilən “Botafoqo” ilə oyunda (0:1) hakimlərin qərarları ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında ikinci sarı vərəqənin haqlı olduğunu etiraf etsə də, ilk xəbərdarlığın düzgün olmadığını vurğulayıb:
“Qarşı tərəfə qarşı kobudluq etdim və dərhal sarı vərəqə aldım… Hakimlikdə nə qədər çox səhvlər var! Bu sadəcə mənim fikrimdir… Zəhmət olmasa, məni çox sərt cəzalandırmayın”, – deyə Neymar qeyd edib.
Qarşılaşmanın sonlarında Neymar əllə qol vurduğu üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Onun çıxarılmasından 10 dəqiqə sonra “Botafoqo”nun futbolçusu Artur qələbə topunu vurub.