20 iyun 2025. Cümə

"Sabah" “Rize Cup” beynəlxalq turnirini altıncı pillədə başa vurub


  • Offside
  • 16:49 02.06.2025
  • Oxunma sayı: 36
"Sabah" “Rize Cup” beynəlxalq turnirini altıncı pillədə başa vurub

"Sabah"ın U-12 komandası Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq turnirini 8 xalla altıncı pillədə başa vurub.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda növbəti oyunlarını keçirib.

"Sabah" Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” komandaları ilə heç-heçə edib (0:0). Türkiyənin “Fənərbağça” (1:2) və “Gənclərbirliyi” (0:2) komandalarına məğlub olub.

Qeyd edək ki, "Sabah" daha öncə “Rizespor” (1:2), “Başakşəhər” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşmışdı.







Offside