18 iyun 2025. Çərşənbə

Azərbaycanın voleybol millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub


  • Offside
  • 17:57 02.06.2025
  • Oxunma sayı: 52
Azərbaycanın voleybol millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub

Gümüş Avropa Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

90deqiqe.Az xəbər verir ki, yığma Tbilisidə yerli komanda ilə iki yoxlama oyunu keçirib.

Milli bu qarşılaşmalarda Gürcüstanı 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.







Offside