14 dekabr 2025. Bazar günü

Azərbaycanın kamandan oxatma millisi Dünya Kubokunda mübarizə aparacaq


  • Offside
  • 18:20 02.06.2025
  • Oxunma sayı: 106
Azərbaycanın kamandan oxatma millisi Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın kamandan oxatma üzrə milli komandası iyunun 3-dən 8-dək Türkiyənin Antalya şəhərində keçiriləcək Dünya Kubokunun 3-cü mərhələsində mübarizə aparacaq.

90deqiqe.Az  xəbər verir ki, beynəlxalq turnirdə ölkəni Yaylagül Ramazanova, Fatimə Hüseynli, Svetlana Simonova, Məhəmmədəli Əliyev, Roman Vengerov və Əhməd Hüseynov təmsil edəcəklər.

Azərbaycan idmançıları fərdi, komanda, eləcə də qarışıq yarışlarda qüvvələrini sınayacaqlar.







Offside