6 dekabr 2025. Şənbə

Azərbaycanın voleybol millisi Slovakiyaya yollanıb


  • Offside
  • 11:59 03.06.2025
  • Oxunma sayı: 104
Azərbaycanın voleybol millisi Slovakiyaya yollanıb

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək. Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub.







Offside