14 iyun 2025. Şənbə

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib


  • Offside
  • 18:46 02.06.2025
  • Oxunma sayı: 93
Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində təşkil edilən yarışda 40 komandadan 360 idmançı bacarığını göstərib.

Yekunda 8 qızıl, 6 gümüş, 3 bürünc medal qazanan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirmələri 1-ci yerə sahib olublar. Aslan İdman Klubu 2-ci, Naxçıvan İdman Klubu 3-cü olub.

DİN İC-nin titullu idmançılarından WAKO üzrə dünya və Avropa çempionu olan Ramal Zeynalı (60 kiloqram), ikiqat Avropa çempionu Əli Mayılzadə (57 kiloqram), Dünya Kubokunun sahibi Sadiq Abdullayev (71 kiloqram) və Əli Əkbər (+91 kiloqram) qızıl medal qazanıblar.

Kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın, eləcə də DİN-in İdman Cəmiyyətinin kikboksinq bölməsi üzrə baş məşqçisi Hikmət Hacıyev yarışla bağlı təəssüratlarını bölüşüb. Əməkdar məşqçi birinciliyin çətin və maraqlı keçdiyini söyləyib: “Bu qələbə çəkilən zəhmətin bəhrəsidir. Azərbaycan Kikboksinq Federasiyasına təşəkkür edirəm. Bütün idmançılarımızı isə təbrik edirəm. İyunun 12-dən 15-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Dünya Kubokunda Avropa və dünya çempionu Rafiq Babazadənin də uğurla çıxış edərək Vətənə medalla qayıdacağına ümid edirəm”.







Offside