20 iyun 2025. Cümə

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək


  • Offside
  • 10:27 04.06.2025
  • Oxunma sayı: 53
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib.

Turnir Gənclər və İdman Nazirliyi ilə AKAF-ın birgə təşəbbüsü əsasında baş tutacaq.

Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsində baş tutacaq tədbir 10-11 iyunda gerçəkləşəcək.

İyunun 10-da saat 10:00-dan 15:00-a qədər dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər. İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar təşkil ediləcək. İştirakçılar bir və iki nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.







Offside