14 iyun 2025. Şənbə

Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb


  • Offside
  • 10:22 05.06.2025
  • Oxunma sayı: 37
Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb

Gümüş Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma yarışdakı ilk oyununu iyunun 6-da ev sahibi İsveç seçməsinə qarşı keçirəcək. Komandanın növbəti qarşılaşması isə iyunun 7-də baş tutacaq. Həmin gün rəqib Gürcüstan kollektivi olacaq.

Qeyd edək ki, Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı ikinci tur oyunları 13-15 iyun aralığında Bakıda, üçüncü tur isə 20-22 iyun aralığında Farer adalarında təşkil olunacaq.







Offside