14 iyul 2025. Bazar ertəsi

Azərbaycanın qadın cüdoçuları Avstriyada beynəlxalq təlim-məşq toplanışına qatılıblar


  • Offside
  • 10:24 05.06.2025
  • Oxunma sayı: 56
Azərbaycanın qadın cüdoçuları Avstriyada beynəlxalq təlim-məşq toplanışına qatılıblar

Bütün yaş qruplarından olan qadın cüdoçularımız Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi 2–4 iyun tarixlərində baş tutub.

Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçularımız hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlarımız isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək







Offside

"Messi komandamızın lideridir"
  • Offside
  • 11:50 13.07.2025
"Messi komandamızın lideridir"