- Offside
- 22:48 14.07.2025
Futzal üzrə Azərbaycan Kubokuna yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, həlledici qarşılaşmada “Araz-Naxçıvan” və PFL futzal komandası üz-üzə gəlib. Final oyununda üstün oyun nümayiş etdirən PFL rəqibini 7:1 hesabı ilə məğlub edərək kubokun qalibi olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” başa çatan mövsümdə 52 xalla Yüksək Liqanın çempionu olub. PFL isə I Liqanı 30 xalla lider kimi tamamlayaraq Azərbaycan Kubokunda final mərhələsinə qədər irəliləmişdi.