2 fevral 2026. Bazar ertəsi

Azərbaycan Niderlandda keçiriləcək beynəlxalq turnirdə 5 boksçu ilə təmsil olunacaq


  • Offside
  • 16:32 05.06.2025
  • Oxunma sayı: 101
Azərbaycan Niderlandda keçiriləcək beynəlxalq turnirdə 5 boksçu ilə təmsil olunacaq

Azərbaycan Niderlandın Eyndhoven şəhərində keçiriləcək beynəlxalq turnirdə 5 boksçu ilə təmsil olunacaq.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Boks Fedearsiyasından məlumat verilib.

Eyndhoven kubokunda məşqçilər Ceyhun Abiyev və İlkin Ağayevin rəhbərliyi altında rinqə Məhəmmədəli Qasımzadə, Məhəmmədəli Aşurəliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar.

Turnirdə Emil Qurbanəliyev Azərbaycanı hakim kimi təmsil edəcək.

Qeyd edək ki, yarış iyunun 6-da start götürəcək. Final döyüşləri isə ayın 9-da olacaq.







Offside