20 iyun 2025. Cümə

AMADA-nın əməkdaşları Avropa İttifaqının Narkotiklər üzrə Agentliyinin illik hesabatının təqdimatında iştirak ediblər


  • Offside
  • 21:11 05.06.2025
  • Oxunma sayı: 53
AMADA-nın əməkdaşları Avropa İttifaqının Narkotiklər üzrə Agentliyinin illik hesabatının təqdimatında iştirak ediblər

Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa İttifaqının Narkotiklər üzrə Agentliyinin (EUDA) təşkilatçılığı ilə 2025-ci il üzrə hesabat konfransı keçirilib.

AMADA-dan 90deqiqe.Az-a verilən məlumata görə, canlı yayımlanan konfransa AMADA-nın (Azərbaycan Milli Antidopinq Agentliyi) əməkdaşları EUDA-nın dəvətinə əsasən, onlayn qaydada qoşulublar.

Tədbirdə “Trendlər və irəliləyişlər” adlı illik hesabatın 30-cu buraxılışı təqdim olunub.

Hesabatda 29 Avropa ölkəsindən əldə olunmuş məlumatlara əsasən, qeyri-qanuni narkotik istifadəsi, onun zərərləri, narkotik təmin etmə, ixtisaslaşmış müalicə və zərərin azaldılması istiqamətləri üzrə göstəricilər təqdim edilib.

Təqdimat zamanı nitazen kimi yüksək təsir gücünə malik sintetik opioidlərin meydana çıxması, 419 ton kokainin və 37 ton sintetik katinonun müsadirə edilməsi, son illər kannabisin THC tərkibinin artması əsas mövzulardan olub. Tədbirdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin rolu və sübutlara əsaslanan yanaşmaların vacibliyi xüsusi vurğulanıb.







Offside