2 fevral 2026. Bazar ertəsi

Lionel Messi MLS-də ayın oyunçusu seçilib


  • Offside
  • 21:23 05.06.2025
  • Oxunma sayı: 98
Lionel Messi MLS-də ayın oyunçusu seçilib

"İnter Mayami"nin 37 yaşlı hücumçusu Lionel Messi MLS-də may ayının ən yaxşı oyunçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə liqanın "X" sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi hesabı məlumat yayıb.

Ötən ay argentinalı futbolçu yarışın yeddi oyununda iştirak edib, o, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.

Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Bu müddət ərzində o, bütün yarışlarda 59 matçda iştirak edib, 49 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 18 milyon avrodur.







Offside