14 iyul 2025. Bazar ertəsi

Azərbaycan milllisi Belarusda təlim-məşq toplanışı keçəcək


  • Offside
  • 13:21 06.06.2025
  • Oxunma sayı: 51
Azərbaycan milllisi Belarusda təlim-məşq toplanışı keçəcək

Yeniyetmə oğlan voleybolçulardan ibarət Azərbaycan millisi (2008-2009 təvəllüdlülər) Belarusa yola düşüb.

90deqiqe.Az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.

İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.

Qeyd edək ki, yığma bu il Azərbaycanda keçiriləcək III MBD Oyunlarında iştirak edəcək.







Offside