15 iyun 2025. Bazar günü

Devid Bekhem cəngavər olacaq


  • Offside
  • 13:56 06.06.2025
  • Oxunma sayı: 41
Devid Bekhem cəngavər olacaq

“Mançester Yunayted”, “Real Madrid”, “Milan”, PSJ və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemə cəngavər rütbəsi veriləcək.

90deqiqe.Az-ın “The Sun” nəşrinə istinadən yaydığı məlumata görə, keçmiş futbolçuya “cəngavər” titulu təqdim olunacaq. Bu təltiflə o, “Sir” titulunu daşımaq, həyat yoldaşı Viktoriya isə “Xanım” adlandırılmaq hüququ qazanacaq. Mükafatın rəsmi elanının iyun ayının sonunda açıqlanacağı gözlənilir.

Bekhem “Mançester Yunayted”in yetirməsidir və karyerasının ən parlaq dövrünü məhz “qırmızı şeytanlar”ın heyətində keçirib. O, klubla altı dəfə İngiltərə çempionu olub, ölkə kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.







Offside