18 iyun 2025. Çərşənbə

“Peking to Paris” retro avtomobil yürüşü yenidən Azərbaycanda


  • Offside
  • 19:24 07.06.2025
  • Oxunma sayı: 60
“Peking to Paris” retro avtomobil yürüşü yenidən Azərbaycanda

Dünyanın ən maraqlı avtomobil yarışlarından biri olan “Peking to Paris Motor Challenge” yürüşü növbəti dəfə Azərbaycana təşrif buyurub.

90deqiqe.Az-ın məlumatına görə, yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.

Retro avtomobillərin unikal yürüşü çərçivəsində nadir nəqliyyat vasitələri Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə keçirilən sərgidə nümayiş etdirilib. Tədbirdə 1917-ci il istehsalı American LaFrance Type 10 yarışın ən yaşlı, 1984-cü il istehsalı Toyota Hilux isə ən gənc avtomobili kimi təqdim olunub.

Yarışın Azərbaycandakı mərhələsinə iyunun 9-da Heydər Əliyev Mərkəzinin qarşısından start veriləcək. Bu mərhələdə iştirakçılar Qobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzü və digər bölgələrdən keçərək Qax şəhərinə qədər irəliləyəcəklər. Ölkə ərazisində 55 retro avtomobil iştirak edir.

İyunun 10-da yarış iştirakçıları Gürcüstan və Türkiyə üzərindən növbəti marşrutlara yollanacaqlar. Səyahət Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və İsveçrəni əhatə edərək, Fransada başa çatacaq.

Qeyd edək ki, “Peking to Paris” yürüşü ilk dəfə 1907-ci ildə keçirilib və bu, yarış tarixində Azərbaycanın ikinci dəfə marşrutda yer aldığı tədbirdir.







Offside