14 iyun 2025. Şənbə

Salahdan yay tətilindən ilk görüntülər - FOTO


  • Offside
  • 23:51 07.06.2025
  • Oxunma sayı: 39
Salahdan yay tətilindən ilk görüntülər  - FOTO

“Liverpul” və Misir millisinin hücumçusu Məhəmməd Salah yay tətilinə yollanıb.

90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu istirahətindən ilk görüntüləri şəxsi “X” (əvvəlki Twitter) hesabında paylaşıb.

2024/2025 mövsümünü başa vuran Salah mövsüm ərzində komandasının aparıcı oyunçularından biri olub. Futbolçunun paylaşımı azarkeşlər arasında maraqla qarşılanıb.

Xatırladaq ki, 2024/2025 mövsümündə Məhəmməd Salah "Liverpul"la İngiltərə çempionu olub. Komanda İngiltərə Premyer Liqasının 38 turunda 84 xal toplayıb, ən yaxın izləyicisi “Arsenal” klubundan 10 xal fərqlə ayrılıb və mövsümü turnir cədvəlində birinci yerdə başa vurub.

Salah 38 oyunda 29 qol vuraraq 2024/2025 Premyer Liqasının bombardiri olub. Ümumilikdə misirli 2024/2025 mövsümünün bütün turnirlərində "Liverpul"un heyətində 52 matçda 34 qol vurub və 23 məhsuldar ötürmə edib.







Offside