9 iyul 2025. Çərşənbə

Qranollers və Seballos “Roland Garros”un qalibi oldu


  • Offside
  • 02:46 08.06.2025
  • Oxunma sayı: 54
Qranollers və Seballos “Roland Garros”un qalibi oldu

İspaniyalı tennisçi Marsel Qranollers və argentinalı Horacio Seballos cütlüyü kişilər arasında 2025-ci il Fransa Açıq çempionatının qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə,  onlar finalda britaniyalı Co Solsberi və Nil Skupski dueti üzərində 6:0, 6:7 (5:7), 7:5 hesabı ilə qalib gəliblər.

Qarşılaşma 2 saat 22 dəqiqə davam edib. 

Mayın 27-dən iyunun 7-dək kişilər arasında “Rolan Qarros”un cütlük turniri keçirilib. Yarışın ötənilki çempionları Marselo Arevalo və Mate Paviçdir.







Offside