- Offside
- 22:41 19.06.2025
Dünya reytinqində ikinci pillədə qərarlaşan amerikalı tennisçi Kori Qauff qadınlar arasında 2025-ci il Fransa Açıq çempionatının (Roland Garros) qalibi olub.
90deqiqe.Az xəbər verir ki, 21 yaşlı tennisçi final qarşılaşmasında dünya birincisi, belaruslu Arina Sobalenkanı üç setlik gərgin mübarizədə 6:7 (5:7), 6:2, 6:3 hesabı ilə məğlub edib.
Bu, Qauffun karyerasında ikinci “Böyük Dəbilqə” titulu olub. O, ilk dəfə 2023-cü ildə ABŞ Açıq turnirinin finalında da məhz Sobalenkaya qalib gələrək çempion olmuşdu.
Kori Qauff son on ildə “Roland Qarros”u qazanan ilk amerikalı qadın tennisçidir. Bu uğura son olaraq 2015-ci ildə əfsanəvi Serena Uilyams imza atmışdı.