14 iyun 2025. Şənbə

“Sentyabrdan noyabra qədər döyüşməyə hazıram”


  • Offside
  • 02:53 08.06.2025
  • Oxunma sayı: 40
“Sentyabrdan noyabra qədər döyüşməyə hazıram”

UFC-nin iki çəki dərəcəsində keçmiş dünya çempionu Aleks Pereyra növbəti döyüşü ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, braziliyalı idmançı bildirib ki, meneceri ilə danışıq zamanı sentyabr, oktyabr və ya noyabr aylarında çıxış etmə ehtimalı müzakirə olunub.

“Dəqiq tarix təsdiqlənməyib, lakin menecerim həmin aylarda döyüşə biləcəyimi söylədi. Bu müddət ərzində rinqə çıxmağa tam hazır olacağam”, – Pereyranın sözlərini “Freak MMA” platforması sosial şəbəkədə yayımlayıb.

Xatırladaq ki, Aleks Pereyra son döyüşünü UFC 313 turnirində rusiyalı Maqomed Ankalaeva qarşı keçirib. Las Veqasda baş tutan qarşılaşmada Pereyra beş raundlu döyüşün yekununda hakimlərin yekdil qərarı ilə məğlub olub. Bu, onun yarımorta çəki dərəcəsində ilk məğlubiyyəti kimi tarixə düşüb.







Offside