- Offside
- 12:21 14.06.2025
“Red Bull” komandasının avtoidman üzrə müşaviri Helmut Marko ikinci pilot Yuki Tsunoda haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "RacingNews365" Markonun dediklərini belə çatdırıb.
“Təəssüf ki, Konstruktorlar Kubokunda qalibiyyət şanslarımızı artıq itirmişik. Bu da ikinci pilotla bağlı vəziyyətdən qaynaqlanır. Yuki Tsunoda hələ yeni-yeni uyğunlaşmağa başlayır. O, son üç yarışda cəmi bir xal toplayıb və bu, əlbəttə ki, qənaətbəxş deyil.
Yuki hələ də maşını tam başa düşməyə çalışır, qarşısında bir çox problemi həll etmək tələbi var və o, əziyyət çəkir. Vaxta ehtiyacı var və biz ona bu vaxtı verəcəyik. Gözləntimiz budur ki, o, mövsümün sonuna qədər komandada qalacaq”