- Offside
- 12:21 14.06.2025
ABŞ prezidenti Donald Tramp iyunun 7-dən 8-nə keçən gecə Nyuarkda (Nyu-Cersi, ABŞ) keçiriləcək UFC 316 turnirində iştirak etməyi planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “USA Today” nəşri məlumat yayıb.
Turnirin əsas qarşılaşması UFC-nin yüngül çəkidə hazırkı çempionu Merab Dvalişvili ilə bu çəki dərəcəsində keçmiş çempion Şon O'Malli arasında revanş döyüşü olacaq.
Xatırladaq ki, onların ilk görüşü 2024-cü ildə baş tutub və həmin döyüşdə Dvalişvili yekdil qərarla qalib gəlib.
Gecənin həmsponsor qarşılaşmasında isə qadınlar arasında yüngül çəkidə çempion Culiana Pena Kayla Harrisona qarşı titulunu müdafiə edəcək.