14 iyun 2025. Şənbə

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar


  • Offside
  • 10:54 09.06.2025
  • Oxunma sayı: 31
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçular daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında əldə edib. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.







Offside