- Offside
- 16:48 18.06.2025
Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştian Ronaldo, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxışını davam etdirəcəyini bəyan edib.
90deqiqe.Az xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romano ulduz futbolçunun fikirlərini belə çatdırıb:
“Mənim gələcəyim? Əslində heç nə dəyişmir. “Əl-Nəsr”də qalacağam? Bəli”
Futbolçunun klubla əvvəlki müqaviləsi iyunun 30-da başa çatıb.Yaxın vaxtlarda tərəflərin yeni müqavilə imzalayacağı gözlənilir.
Ötən mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 41 oyun keçirib, 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.