20 iyun 2025. Cümə

Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazanıblar


  • Offside
  • 15:05 09.06.2025
  • Oxunma sayı: 32
Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazanıblar

Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram) və Məhəmməd Cəfərov (+90 kiloqram) bütün rəqiblərinə qalib gələrək, birinci yeri qazanıblar. Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kiloqram) Hüseyn Hüseynli (90 kiloqram) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kiloqram) və Rza Rzayev (75 kiloqram) isə turniri bürünc mükafatla başa vurublar.







Offside