18 iyun 2025. Çərşənbə

Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib


  • Offside
  • 19:14 11.06.2025
  • Oxunma sayı: 35
Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.

Konqres çərçivəsində 2025–2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.







Offside