14 iyul 2025. Bazar ertəsi

Avropa çempionatının qalibi olan Azərbaycanın çövkən millisi mükafatlandırılıb


  • Offside
  • 16:58 13.06.2025
  • Oxunma sayı: 31
Avropa çempionatının qalibi olan Azərbaycanın çövkən millisi mükafatlandırılıb

Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən nməlumat verilib.

ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.

Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.







Offside