- Offside
- 23:46 19.03.2026
Futzal üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışına başlayıb.
Corner.az-ın məlumatına görə, yığmamız bu gün yoxlama görüşünə çıxıb.
Rəqib meydan sahibi Belarus olub. Minsk şəhərindəki MAPİD İdman Kompleksində keçirilən oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb - 3:5. Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurub.
Avqustun 28-nə qədər Minskdə hazırlıq keçəcək millimiz həmin gün yerli komanda ilə ikinci dəfə üz-üzə gələcək.
Yoxlama görüşü
26 avqust
Belarus - Azərbaycan 5:3