6 dekabr 2025. Şənbə

Bakı Atıcılıq Mərkəzində Federasiya Kuboku keçiriləcək


  • Offside
  • 19:01 17.06.2025
  • Oxunma sayı: 90
Bakı Atıcılıq Mərkəzində Federasiya Kuboku keçiriləcək

Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Federasiya Kuboku keçiriləcək.

Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan və Özbəkistandan olan idmançıların qatıldığı yarışda gənclər (U-18 və U-21) və böyüklər qüvvələrini sınayacaqlar.

İyunun 17-dən 21-dək keçiriləcək turnirdə yaş kateqoriyaları üzrə 70-dən çox atıcı mübarizə aparacaq. İdmançılar stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə yalnız fərdi yarış formatında kubok uğrunda çıxış edəcəklər.







Offside