6 dekabr 2025. Şənbə

Fərid Qayıbov UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüşüb


  • Offside
  • 21:20 17.06.2025
  • Oxunma sayı: 99
Fərid Qayıbov UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

 90deqiqe.Az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb.

İdmançılar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Qeyd edək ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də Tofiqin UFC-də debütü olacaq.







Offside