14 dekabr 2025. Bazar günü

Azərbaycanda yeniyetmə cüdoçular üçün seminar təşkil olunacaq


  • Offside
  • 14:26 19.06.2025
  • Oxunma sayı: 89
Azərbaycanda yeniyetmə cüdoçular üçün seminar təşkil olunacaq

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Azərbaycanda yeniyetmə cüdoçular üçün Avropa Cüdo Ümidləri Turniri və Kodokan mütəxəssislərinin seminarı təşkil olunacaq.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Tədbir zamanı üzv ölkələrin klublarının yeniyetmə idmançıları tatamidə qüvvələrini sınayacaq, eyni zamanda məşhur yapon ustalarının seminarlarında biliklərini artıracaqlar.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq seminara 2011, 2012 və 2013-cü il təvəllüdlü cüdoçular dəvət olunacaq.







Offside