14 dekabr 2025. Bazar günü

AFFA rəsmiləri FIFA-nın sammitinə qatılıblar


  • Offside
  • 17:56 20.06.2025
  • Oxunma sayı: 100
AFFA rəsmiləri FIFA-nın sammitinə qatılıblar

AFFA rəsmiləri ABŞ-nin Mayami şəhərində keçirilən FIFA İcraedici Futbol Sammitinə qatılıblar.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə AFFA-nı prezident Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.

Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də gələcək layihələr haqqında məlumat verilib.







Offside