16 iyul 2025. Çərşənbə

Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər


  • Offside
  • 14:58 22.06.2025
  • Oxunma sayı: 52
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində komandalar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

90deqiqe.Az xəbər verir ki, iyunun 24-ü və 25-də baş tutacaq yarışa Azərbaycan millisi geniş heyətlə yollanıb.

Yığmamız Avropa çempionatının 3-cü Divizionunda Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, Ermənistan, Monteneqro, Şimali Makedoniya, İslandiya, Kosovo, Moldova, Lixtenşteyn, Lüksemburq, Malta və San-Marino atletləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, yekunda ilk 3 yeri tutan komandalar 2-ci diviziona yüksələcək.







Offside