- Offside
- 23:24 05.12.2025
MLS Oyunçular Assosiasiyası 2025-ci ilin may ayına kimi liqada müqaviləsi olan oyunçuların maaşları ilə bağlı məlumatları açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu Lionel Messi ardıcıl ikinci ildir ki, liqada ən çox maaş alan oyunçu olub.
Hesabatda oyunçuların əsas əmək haqqı və müqavilənin müddəti ərzində həm baza maaşı, həm də müxtəlif bonuslar daxil olan orta illik zəmanətli kompensasiya göstərilir. 38 yaşlı argentinalının əsas maaşı 12 milyon dollar, Messinin isə zəmanətli bonuslarla məvacibi 20,4 milyon dollar qiymətləndirilir. O, hər iki göstərici üzrə liderdir.
Ən yaxşı 10 oyunçu aşağıdakı kimidir:
1. Lionel Messi (“İnter Mayami”) – 20,4 milyon dollar;
2. Lorenzo İnsinye (Toronto) - 15,4 milyon dollar;
3. Serxio Buskets (“İnter Mayami”) – 8,8 milyon dollar;
4. Migel Almiron (Atlanta United) - 7,9 milyon dollar;
5. İrvin Lozano (San Dieqo) - 7,6 milyon dollar;
6. Federiko Bernardeski (Toronto) - 6,3 milyon dollar;
7. Emil Forsberq (New York Red Bulls) - 6,03 milyon dollar;
8. Jordi Alba (“İnter Mayami”) – 6 milyon dollar;
9. Riqui Puig (Los Anceles Qalaksi) - 5,8 milyon dollar;
10. Conatan Bamba (Chicago Fire) - 5,6 milyon dollar.
Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Ötən mövsüm forvard bütün turnirlərdə 20 oyunda iştirak edib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.