15 iyul 2025. Çərşənbə axşamı

Azərbaycanın çimərlik voleybolu komandaları EEVZA çempionatında çıxış edəcəklər


  • Offside
  • 11:21 27.06.2025
  • Oxunma sayı: 53
Azərbaycanın çimərlik voleybolu komandaları EEVZA çempionatında çıxış edəcəklər

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət Azərbaycan komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-20 və U-18 çempionatlarında iştirak edəcəklər.

90deqiqe.Az xəbər verir ki, 20 yaşadək çimərlik voleybolçuların yarışı iyunun 27-29-da Litvanın paytaxtı Vilnüsdə baş tutacaq.

Azərbaycanı U-20 çempionatında 3 qız, 2 oğlan komandası təmsil edəcək.

U-18-lərin çempionatı isə iyunun 30-dan iyulun 5-dək Latviyanın Cesis şəhərində təşkil olunacaq. Bu yarışda 2 qız və 1 oğlan komandamız mübarizə aparacaq.

Qeyd edək ki, qızlardan ibarət komandaya Nihad Tarverdiyev, oğlanlardan ibarət kollektivə isə Atvars Vilde rəhbərlik edəcək.







Offside