2 fevral 2026. Bazar ertəsi

Salahın Bodrum restoranında ödədiyi məbləğ gündəm yaratdı - FOTO


  • Offside
  • 16:57 27.06.2025
  • Oxunma sayı: 117
Salahın Bodrum restoranında ödədiyi məbləğ gündəm yaratdı  - FOTO

"Liverpul" klubunun dünya şöhrətli futbolçusu Məhəmməd Salah tətil üçün Türkiyənin məşhur turizm mərkəzi Bodrumu seçib.

90deqiqe.Az-ın "Habertürk"ə istinadən məlumatına görə, misirli ulduz futbolçu ötən gün Gümüşlükdə bir balıq restoranında görüntülənib.

Salah onu çəkənlərə "Sadəcə tətil üçün gəlmişəm, izninizlə" deyərək açıqlama verib.

Bodrum gecələrini 7 nəfərlik dost qrupu ilə gəzən futbolçu bir restoranda 60 min TL-lik (təxminən 3,200 AZN) hesab ödəyib.

Məkan üçün ödənilən bu məbləğ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Bodrum standartlarına görə 7 nəfər üçün bu məbləğin az olduğunu düşünür, digərləri isə təkcə balıq üçün bu qədər vəsaiti yüksək qiymətləndirirlər.

33 yaşlı futbolçunun restorandan çıxdıqdan sonra Yalıkavakdakı bir gecə klubuna getdiyi də bildirilib.







Offside