14 dekabr 2025. Bazar günü

"Səudiyyə Ərəbistanı Premyer Liqası artıq ilk beşlikdədir"


  • Offside
  • 22:52 28.06.2025
  • Oxunma sayı: 186
 "Səudiyyə Ərəbistanı Premyer Liqası artıq ilk beşlikdədir"

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsinin müddətini daha iki il uzatdığını təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, klubun sosial şəbəkə hesabında yayımlanan videoçarxda 40 yaşlı hücumçu həm gələcək planlarından, həm də Səudiyyə Ərəbistanı çempionatının səviyyəsi barədə fikirlərini bölüşüb.

“Əlbəttə, hələ də inkişaf edirik, amma inanıram ki, artıq dünyanın ən yaxşı beş komandası arasında yer alırıq. Biz daha da təkmilləşəcəyik, bunun üçün vaxtımız var. Son iki ildə göstərdik ki, bu liqa yüksəlişdədir,” – deyə Ronaldu bildirib.

Təcrübəli forvard bəzi tənqidlərə də cavab verib:

“Səudiyyə Ərəbistanında heç vaxt oynamayan insanlar bu liqanı dəyərləndirə bilməz. Onlar futbolu anlamırlar. Amma mən və burada çıxış edən oyunçular tam olaraq bu liqanın nə qədər rəqabətli olduğunu bilirik. Məhz buna görə burda qalmağa qərar verdim – bu layihəyə inanıram.”

Ronaldu eyni zamanda ölkənin 2034-cü ildə ev sahibliyi edəcəyi dünya çempionatı ilə bağlı da nikbin danışıb:

“Hədəflərimizə çatacağıq, amma bu, bir-iki ilə olmayacaq. 2034-cü il dünya çempionatı bu tarixdə ən yaxşı turnirlərdən biri olacaq. Mən də burada olacağım üçün xoşbəxtəm. Qarşıdakı iki ildə ölkənin ən güclü komandalarına qarşı çempionluq uğrunda mübarizə aparmaq istəyirəm.”

Qeyd edək ki, Kriştianu Ronaldu “Əl-Nəsr”ə 2023-cü ilin yanvarında transfer olunub. Ötən mövsüm bütün turnirlərdə 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” kimi klublarda çıxış edib. Portuqaliya yığmasının heyətində 2016-cı ildə Avropa çempionluğunu qazanıb.







Offside