15 iyul 2025. Çərşənbə axşamı

Azərbaycan güləşçisi Türkiyədə çempion olub


  • Offside
  • 23:15 28.06.2025
  • Oxunma sayı: 100
Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

90deqiqe.Az-ın məlumatına görə, bu gün sərbəst güləş üzrə yarışa start verilib.

Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.







Offside