- Offside
- 00:04 04.07.2026
Azərbaycan parakarateçisi Aslan Ərcan Xorvatiyanın Poreç şəhərində keçirilən Gənclər Kubokunda fəxri kürsüyə qalxıb.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, 20 yaşlı idmançı bürünc medala sahib çıxıb. O, K21 kateqoriyasında mübarizə aparıb.
Bu, Aslan Ərcanın beynəlxalq arenada qazandığı ilk medal olub.