6 dekabr 2025. Şənbə

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeləri bilindi


  • Offside
  • 09:27 01.07.2025
  • Oxunma sayı: 109
Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeləri bilindi

Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəlindəki mövqeləri bəlli olub.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2746) 11-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cü olub.

Siyahıya norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 52-ci sıradadır. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci yerdədir.

Burada çinli Yifan Hou (2633) liderdir.







Offside