6 dekabr 2025. Şənbə

Bilyardın “Pool Nine Ball” növü üzrə Bakı çempionatının qalibləri bilindi


  • Offside
  • 10:21 01.07.2025
  • Oxunma sayı: 152
Bilyardın “Pool Nine Ball” növü üzrə Bakı çempionatının qalibləri bilindi

Bilyardın “Pool Nine Ball” növü üzrə Bakı şəhər çempionatı başa çatıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Bilyard Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

Yarış ABF-nin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Kişilər arasında Murad Fəttayev birinci yeri tutub. Elnur Nuriyev ikinci, Ruslan Əmiraslanov və Orxan Rzayev üçüncü olublar.

Qadınlardan Mina Nəsirova birinci yeri tutub. Zəhra Abbasova ikinci, Valeriya Konkina və Zəminə Yolçuzadə üçüncü pillədə qərarlaşıb.







Offside