- Offside
- 22:48 14.07.2025
"Borussiya Dortmund"un hücumçusu Serou Quirassi qarşıdan gələn klublararası dünya çempionatının 1/8 final mərhələsində Meksikalı "Monterrey"ə qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
"Bu, Ramosa qarşı ilk dəfə oynayacağım. Səbirsizlənirəm. Yaş problem deyil, çünki 40 yaşında olan Tiaqo Silvanı da görürsən, amma o, hələ də çox yaxşı oynayır. Əla matç olacaq. Serxio Ramos əla müdafiəçidir. O, hələ də bunu sübut edir.
Məqsədim rəqibdən asılı olmayaraq hər matçda qol vurmaqdır. İstər Barselona, istərsə də Bundesliqa olsun, hər matçda qol vurmağa çalışıram. Təəssüf ki, bu həmişə mümkün olmur. Amma meydançaya çıxanda qol vurmaq istəyirəm. Həmişə özünə inamlı olmağa çalışıram. Qarşıda bizi çətin matçlar gözləyir. Növbəti bizi Monterreydən olan yaxşı komanda ilə 1/8 final oyunu gözləyir. Qələbə qazanmaq üçün hər şeyimizi verməliyik. Tam gücümüzlə oynamalıyıq".
Qeyd edək ki, oyun iyulun 2-də, Bakı vaxtı ilə saat 05:00-da baş tutacaq.