- Offside
- 22:26 01.02.2026
“Ferrari”nin britaniyalı pilotu, yeddiqat Formula 1 dünya çempionu Lyuis Həmilton qadınlar arasında Uimbldon-2025 turnirində amerikalı tennisçi Kori Qaufun qalib olacağına ümid edir.
90deqiqe.Az xəbər verir ki, “Sportskeeda” portalı təcrübəli pilotun fikirlərini belə çatdırıb:
“Qadınlar turnirini izləyəcəyəm və ümid edirəm ki, Kori Qauf qalib olacaq”.
Qeyd edək ki, Böyük Dəbilqə seriyasının ikiqat qalibi olan Kori Qauf Uimbldon-2025 turnirində favoritlərdən biri hesab olunur. Yarışın qadınlar arasında təkbətək görüşləri iyunun 30-dan iyulun 12-dək keçiriləcək. Hazırda turnirin son çempionu çexiyalı Barbora Kreyçikovadır.