- Offside
- 23:24 15.07.2025
Braziliyanın “Santos” klubunun ulduz hücumçusu Neymar tənqidlərə münasibətini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, "ESPN"ə danışan futbolçu insanların nə düşündüyünü idarə edə bilməyəcəyini, lakin özü haqqında bildiyi əsas həqiqətin – yaxşı insan olması olduğunu bildirib.
“Tənqidlərə qarşı xarakterim güclüdür. İnternetdə deyilənlərə baxa bilirəm və bu məni incitmir. Mən istəyirəm ki, insanlar meydandakı oyunumla maraqlansınlar, meydandan kənardakı məsələlərlə yox. Futbol karyeram bitəcək, illər keçəcək, yeni oyunçular gələcək, amma mənim adım tarixdə qalacaq”.
Qeyd edək ki, Neymar 2024-cü ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan karyerasına başladığı “Santos”a qayıtmışdı. O, daha əvvəl “Barselona” və PSJ-nin formasını geyinib.