23 mart 2026. Bazar ertəsi

Azərbaycanın parataekvondoçuları beynəlxalq təlim-məşq toplanışına qatılıblar


  • Offside
  • 10:57 02.07.2025
  • Oxunma sayı: 125
Azərbaycanın parataekvondoçuları beynəlxalq təlim-məşq toplanışına qatılıblar

Azərbaycanın parateakvondoçuları Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) Cənubi Koreyanın Muju şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Bu barədə 90deqiqe.Az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 10-dək baş tutacaq hazırlıq prosesi Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən təşkil olunur.

Toplanışa dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçu xüsusi dəvət ilə qatılıb.







Offside