- Offside
- 23:24 15.07.2025
Məşhur statistik platforma Opta 2025-ci il Klublararası Dünya Çempionatında komandaların titul qazanmaq ehtimallarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, proqnozlara əsasən, turnirin əsas favoriti “Çelsi” klubudur. London təmsilçisinin çempion olmaq şansı 26,8% olaraq dəyərləndirilib. Siyahıda ikinci pillədə PSJ (24,9%), üçüncü yerdə isə “Real Madrid” (16,9%) qərarlaşıb.
Ən aşağı ehtimallar isə Braziliya klublarına aiddir — “Fluminense” (1,5%) və “Palmeyras” (3%).
Optanın hesablamalarına görə, “Çelsi” 1/4 final mərhələsini keçmək baxımından da ən inamlı komanda sayılır. İngilislərin “Palmeyras”a qarşı mərhələ adlama ehtimalı 74,8% göstərilib.
Digər 1/4 final oyunlarında bu cütlüklər üz-üzə gələcək:
“Fluminense” – “Əl-Hilal”
“PSJ” – “Bavariya”
“Real Madrid” – “Borussiya Dortmund”