16 iyul 2025. Çərşənbə

Neymarın prezidentə hədiyyə etdiyi topu “xilas edən” şəxsə 17 il həbs


  • Offside
  • 23:54 02.07.2025
  • Oxunma sayı: 117
Neymarın prezidentə hədiyyə etdiyi topu “xilas edən” şəxsə 17 il həbs

Braziliyada 2023-cü ilin əvvəlində digər radikal qrupla birlikdə siyasi çevriliş cəhdində iştirak edən Nelson Ribeyru Fonseka Juniora hökm oxunub.

90deqiqe.Az xəbər verir ki, məhkəmə onu 17 il müddətinə azadlıqdan məhrum edib.

Hadisələr zamanı ekstremistlər Braziliya Milli Konqresinin binasına hücum edərək qarışıqlıq yaratmışdılar. Həmin vaxt binadan bir xatirə əşyası – futbolçu Neymarın 2012-ci ildə ölkə prezidentinə hədiyyə etdiyi və üzərində imzası olan top da oğurlanmışdı. Top, "Santos" klubunun 100 illik yubileyinə ithaf olunmuşdu.

Maraqlıdır ki, Ribeyru Fonseka bir ay sonra topu özü geri qaytarıb. Polisə açıqlamasında topu digər dağıdıcı yoldaşlarından “xilas etmək” üçün götürdüyünü bildirib. Lakin bu izahat hüquq-mühafizə orqanlarında təəssürat yaratmayıb və o, ciddi cəza ilə üzləşib.







Offside