14 iyul 2025. Bazar ertəsi

Azərbaycanım badminton millisi dünya reytinqində 27-ci sıraya yüksəlib


  • Offside
  • 20:40 03.07.2025
  • Oxunma sayı: 105
Azərbaycanım badminton millisi dünya reytinqində 27-ci sıraya yüksəlib

Azərbaycanın badminton üzrə milli komandası Dünya Badminton Federasiyasının açıqladığı yeni reytinq siyahısında 121 ölkə arasında 27-ci sıraya yüksəlib.

90deqiqe.Az xəbər verir ki, komandamızın hesabında 2 726 reytinq xalı var.

Milli son üç ayda reytinqdə 18 pillə irəliləyib. Bu isə Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı.
 







Offside