2 fevral 2026. Bazar ertəsi

Səudiyyə klubu Fatih Terimə “Halil İbrahim” türküsü ilə vida etdi - VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu türk mütəxəssisə təşəkkür edib.


  • Offside
  • 22:45 07.07.2025
  • Oxunma sayı: 240
Səudiyyə klubu Fatih Terimə “Halil İbrahim” türküsü ilə vida etdi - VİDEO

 "Əl-Şabab" klubu baş məşqçi Fatih Terimlə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, klub bu ayrılığı simvolik şəkildə qeyd edib. Səudiyyə təmsilçisi sosial media üzərindən yayımladığı vida videosunda Terimə “Halil İbrahim” türküsü ilə təşəkkür edib.

Qısa, lakin emosional paylaşımda klub, təcrübəli çalışdırıcının komandaya verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Fatih Terim  "Əl-Şabab"ın sükanı arxasında keçirdiyi müddətdə komandanın oyun sistemində dəyişikliklər etsə də, klub rəhbərliyi ilə razılaşma əsasında ayrılıq qərarı verilib.







Offside