2 fevral 2026. Bazar ertəsi

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 16:07 08.07.2025
  • Oxunma sayı: 125
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək.

Növbəti gündə isə böyüklər qum üzərində ən güclülərin adına aydınlıq gətirəcəklər.

Çimərlik Arenasında təşkil ediləcək yarışda ilkin görüşlərə 10:00-da start veriləcək. 17:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.

Qeyd edək ki, Azərbaycan çempionatının təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.







Offside